• Xidmətlərin cədvəli:

    13 ноября акафист свтт. блгвв. кнн. Петру и Февронии

    14 ноября акафист св. апостолу Варфоломею

    15 ноября акафист св. Николаю Чудотворцу

    17 ноября Всенощная

    18 ноября Воскресное богослужение. Свт. Ионы, архиепископа Новгородского. Свт. Тихона (Белавина). Отцов Поместного Собора Церкви Русской 1917-1918 гг.

    Начало Литургии в 9.00

    Начало утренних богослужений 8:00, вечерних – 17:00

    Дорогие братья и сестры!
    Как вы знаете, 21 ноября для храма святого Архангела Михаила – день особый. В этот день Церковь совершает праздник – Собор Архистратига Божия Михаила и прочих Небесных Сил бесплотных, который является для храма престольным храмовым праздником.
    В связи с этим в течение оставшейся до праздника недели в храме проводятся уборочные работы, храм подготавливается к торжественному богослужению.
    Просим всех желающих принять участие в проводимых работах и внести свою лепту в подготовку храма к празднику.
    По всем вопросам можете обращаться к коменданту храма Михаилу Анатольевичу.

Milad Bayramı

7 yanvarın 2-də saat 19: 00-da İlahi lətifə mərasimi baş tutmuşdur. 

 

  Moskva və Ümumrusiya Patriarxı Kirilin
arxipastırlara, pastırlara, dyakonlara, rahib və rahibələrə
və Rus Pravoslav Kilsəsinin bütün sadiq övladlarına
Milad müraciətnaməsi
Tanrının sevdiyi arxipastır həzrətləri, möhtərəm atalar,
sadiq rahib və rahibələr, əziz bacı və qardaşlar!
Sizin hamınızı İsanın Mövludu: Müqəddəs Ruhun və Pak
Məryəmin cismindən doğan Tanrımız və Xilaskarımız İsa Məsihin
mövludu bayramı münasibətilə ürəkdən təbrik edirəm. İndi biz bütün
insanları Kilsə ilə birlikdə Tanrını və Yaradanı “Bütün yer üzü, Tanrı üçün
oxu” (İsanın mövluduna həsr olunmuş kanonun 1-ci nəğməsinin
irmosu) sözləri ilə şöhrətləndirək.
Özünün yaratdığı məxluqu sevən Tanrı aman-zaman Oğlunu –
səbirsizliklə gözlənilən Məsihanı göndərdi ki, bizi xilas etsin. Tanrının
oğlu, Allahın təkində hər zaman mövcud olan (İn. 1, 18), İnsan Oğluna
çevrilir və Öz qanı ilə bizi günahdan xilas etmək və ölüm neştərinin
insanı bir daha qorxutmaması üçün bizim dünyamıza gəlir.
Biz bilirik ki, İsaya təzim edən müdriklər Ona hədiyyələr gətirir.
Bəs biz İlahi Müəllimə hansı hədiyyəni verə bilərik? Onun Özünün
bizdən istədiyi hədiyyəni: “Ürəyini və gözlərini ver ki, onlar mənim
yollarımı müşahidə etsin” (Pritç. 23, 26). Ürəyini vermək nə deməkdir?
Ürək – həyatın simvoludur. Ürək döyünmürsə, insan ölür. Ürəyini
Allaha vermək – öz həyatını Ona həsr etmək deməkdir. Bu həsr etmə
malik olduqlarımızdan imtina etməyimizi tələb etmir. Biz ürəyimizdən
yalnız Allahın ürəkdə var olmasına mane olanları çıxarmalıyıq. Bütün
fikirlərin yalnız öz “mən”inlə məşğul olduqda, ürəyində yaxınlara yer
olmayanda, Allaha da orada yer olmur. Yaxınının sənin ürəyində olması
isə bizim başqa insanın ağrısını duymaq və ona mərhəmətlə cavab
vermək qabiliyyətimizdən asılıdır.
Tanrımız bizdən Onun yollarını müşahidə etməyimizi tələb edir.
Allahın yollarını müşahidə etmək, öz həyatında və bəşər tarixində
Allahın mövcudluğunu: həm Tanrının sevgisini, həm də Onun ədalətli
qəzəbini görmək deməkdir.
Ötən il xalqımızın həyatında XX əsrin faciəvi hadisələri və dinə
qarşı başlanmış təqiblər haqqında xatirələrlə dolu idi. Biz İsaya
sadiqliyini mətanətlə təsdiq etmiş şəhidlərimizin və əzablara qatlaşan
övliyalarımızın igidliklərini yada saldıq. Lakin ölkə üçün qorxulu olan
bu vaxtda da Tanrı bizdən Öz mərhəmətini əsirgəmədi: iki yüz illik
məcburi fasilədən sonra Rusiya torpağında Patriarxlıq bərpa edildi və
Kilsə ağır sınaqlar ilində Kilsənin Başçısı seçilən müqəddəs Tixonun,
müdrik və mərd keşişin şəxsində, onun Uca Yaradanın taxt-tacı
qarşısındakı duaları ilə Kilsə və xalqımız sınaqlardan keçə bildi.
Biz bu gün əlahiddə bir dövrdə yaşayırıq: dünyadan fəlakətlər
çəkilməyib, biz hər gün müharibələr və müharibə xəbərləri haqqında eşidirik
(Mf. 24, 6). Lakin insan nəslinin üzərinə nə qədər Tanrı sevgisi
göndərilir! Dünya şər qüvvələrin, insan sevgisi, ailə dəyərləri isə onları
dağıtmaq, ləkələmək və pozmaq kimi səylərin ziddinə yaşayır. Allaha
sevgi və inam çox insanların gəlbində yaşayır. Kilsəmiz isə yaxın
keçmişdə on illər boyu məruz qaldığı təqiblərə və onu nüfuzdan salmaq
cəhdlərinə baxmayaraq, İsa ilə görüş yeri olmuş, var və olacaq.
Biz inanırıq ki, tarixi Rusiyanın xalqları indiki sınaqlardan keçərək,
öz dini birliyini qoruyub saxlayacaq və yeniləyəcək, maddi cəhətdən
çiçəklənəcək və sosial rifaha nail olacaqlar.
İsanın Mövludu bəşər tarixinin mərkəzi hadisəsidir. İnsanlar hər
zaman Tanrını axtarmış, lakin Yaradan Özünü – Üç Üqnumu – bəşər
nəslinə yalnız Vahid Oğlu simasında açıqladı. O, insanları Allahın
mərhəmətinə layiq etmək və dünyanın möhkəm bünövrəsini qoymaq
üçün günahkar yer üzünə gəlir və vəsiyyət edir: “Dünyanı Sizə qoyub
gedirəm, Öz dünyamı sizə verirəm” (İn. 14, 27).
Qoy bu il xalqımız üçün, tarixi Rusiyanın xalqları üçün və bütün
dünya xalqları üçün sülh və əmin-amanlıq ili olsun. Qoy Beytləhmdə
doğulan İlahi körpə bizə qorxuya qalib gələcək ümidi əldə etməyə və
imanın vasitəsilə insan həyatını gözəlləşdirən İlahi sevginin gücünü hiss
etməyə kömək etsin.
Amin.
MOSKVA VƏ ÜMUMRUSİYA PATRİARXI
İsanın Mövludu
2017/2018-ci il,
Moskva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Saytın əsas fotoqrafı – Natalya Puqaçeva ©